02:22
0°C
Bakı
ABŞ hərbçiləri sülh sazişinin icrasına nəzarət etmək üçün Qəzza zolağına gəlməyə başlayıb.
Moderator.az xəbər verir ki, bu barədə CNN Pentaqondakı mənbələrə istinadən məlumat yayıb.
Hərbçilərin bir hissəsi Yaxın Şərq ölkələrindən, digərləri isə ABŞ-ın müxtəlif bölgələrdəki komandanlıqlarından gəliblər.
200 nəfərlik Amerika kontingenti tam olaraq oktyabrın 12-dək Qəzza zolağına yerləşəcək. Qəzzada ABŞ-ın monitorinq mərkəzinin yaradılmasının bir neçə gün və ya həftələr çəkəcəyi gözlənilir.
Monitorinqin məqsədi xaosun qarşısını almaq və humanitar agentliklərin rahat fəaliyyətini təmin etməkdir.