Koreya Xalq Ordusu (KXO) ölkənin Əmək Partiyasının yaradılmasının 80 illiyini münasibətilə keçirilən genişmiqyaslı hərbi paradda, KXDR-in raket istehsalı və pilotsuz təyyarələrin istehsalı sahəsindəki uğurlarını nümayiş etdirib.
Bu barədə Moderator.az xarici mətbuata istinadən xəbər verir.
Cənubi Koreya ilə sərhədə xidmət edən Koreya Xalq Ordusunun bölmələri Kim İr Sen meydanından keçiblər. Paradda hərbi dəniz və hərbi hava qüvvələri, strateji qoşunlar, xüsusi təyinatlılar, dəniz piyadaları, sərhəd qüvvələri, rabitə və minaxtaran qoşunlar iştirak edib.
Pxenyanın mərkəzi meydanı həmçinin Koreya Xalq Ordusunun tank və motoatıcı bölmələrini, kimyəvi və hava hücumundan müdafiə qoşunlarının birləşmələrinin paradını qəbul edib. Paradda eləcə də həkimlərin heyəti, hərbi məktəblərin kursantları, hüquq-mühafizə orqanlarının əməkdaşları və xalq könüllüləri də iştirak ediblər.