Almaniya, Fransa və Böyük Britaniya (Avropa üçlüyü) Qəzza zolağında atəşkəs barədə razılaşmanı alqışlayır, ABŞ prezidenti Donald Trampın sülh planının növbəti mərhələlərinin həyata keçirilməsinə və humanitar yardımın BMT agentlikləri vasitəsilə Qəzzaya çatdırılmasına dəstək verməyə hazır olduqlarını bildiriblər.
Moderator.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin mətbuat xidməti “Avropa üçlüyü” ölkələrinin liderləri arasında aparılmış danışıqların yekunlarına dair birgə bəyanatı yayıb.
“Biz Yaxın Şərqdə atəşkəs razılaşmasını, girovların azad edilməsinin planlaşdırılmasını və Qəzzada dinc əhali üçün humanitar yardımın bərpasını alqışlayırıq. Prezident Trampın liderlik roluna, Misir, Qətər və Türkiyənin vasitəçilik üzrə diplomatik səylərinə, həmçinin razılaşmanın icrasında bölgədə göstərilən mühüm dəstəyə yüksək qiymət veririk”, – sənəddə qeyd olunur.