“Avropa üçlüyü” liderləri İranla nüvə proqramı üzrə danışıqları bərpa etməyə hazırdır
Dünya
261
10 Oct 2025 | 22:38

“Avropa üçlüyü” liderləri İranla nüvə proqramı üzrə danışıqları bərpa etməyə hazırdır

Almaniya, Fransa və Böyük Britaniya (Avropa üçlüyü) İranla nüvə proqramı barədə danışıqları bərpa etməyə və hərtərəfli, uzunmüddətli bir saziş imzalamağa hazır olduqlarını bildiriblər.

Moderator.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin mətbuat xidmətinin “Avropa üçlüyü” ölkələri liderlərinin danışıqlarının yekunlarına dair yaydığı birgə bəyanatda deyilir.

“Biz İran və ABŞ ilə danışıqları bərpa etməkdə qətiyyətliyik ki, hərtərəfli, uzunmüddətli və yoxlanıla bilən bir sazişə nail olaq. Bu saziş İrana heç vaxt nüvə silahı əldə etməyə imkan verməyəcək”, – sənəddə vurğulanır.

Bununla yanaşı, üç ölkənin liderləri BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarını yenidən qüvvəyə minməsinə səbəb olan mexanizmin işə salınmasını düzgün addım adlandırıb və bütün BMT üzvlərini Tehrana qarşı məhdudiyyətlərə riayət etməyə çağırıb.

“İranın nüvə proqramı sülhə və beynəlxalq təhlükəsizliyə ciddi təhdid yaradır”, - sənəddə qeyd olunur.

Link kopyalandı!
Son xəbərlər