Güllünün ölümü ilə bağlı təfərrüatlar məlum oldu
Dünya
405
10 Oct 2025 | 21:47

Güllünün ölümü ilə bağlı təfərrüatlar məlum oldu

Ötən ay eyvandan yıxılaraq həyatını itirən məşhur türkiyəli müğənni Güllünün ölümü ilə bağlı təfərrüatlar məlum olub.

Moderator.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, Bursa Məhkəmə-Tibbi Ekspertiza Bioloji İxtisas Dairəsinin hazırladığı rəyə əsasən, onun dırnaqaltı və digər nümunələrində başqa bir şəxsə aid DNT izinə rast gəlinməyib. Bu nəticə isə hadisədən əvvəl fiziki qarşıdurmanın baş vermədiyi ehtimalını gücləndirir.

Yalova Cumhuriyyət Baş Prokurorluğu isə məhkəmə-tibbi ekspertizasının nəticələrinin ardından digər sübutlar üzərində araşdırmaların davam etdiyini qeyd edib.

Xatırladaq ki, tanınmış müğənni sentyabrın 26-da evinin balkonundan yıxılaraq həyatını itirmişdi. Sənətçi arabesk janrındakı “Her Şeyim Oldun”, “Sabah Olmadan”, “Bendeki Sen” və “Varlığın Yeter” kimi mahnıları ilə məşhurlaşıb.

Link kopyalandı!
Son xəbərlər