Narkotikə görə saxlanılan aktrisadan açıqlama
Dünya
439
10 Oct 2025 | 21:20

Narkotikə görə saxlanılan aktrisadan açıqlama

Türkiyədə "Qadağan olunmuş maddələrdən istifadə" ittihamı ilə məşhurları hədəf alan əməliyyatda saxlanılan və daha sonra sərbəst buraxılan aktrisa Birce Akalay ilk açıqlamasını verib.

Moderator.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Birce Akalay yaşadıqlarının ona mənfi təsir etdiyini bildirib.

"Həyatım boyu başımı aşağı salacaq bir şey etməmişəm. Sevgiləri və inancları ilə zəng edən, mesaj yazan, varlığını xatırladan bütün dostlarıma, iş yoldaşlarıma, sevdiklərimə təşəkkür edirəm. Bu hadisə məni çox kədərləndirdi, amma yaxşıyam, həmişə də belə qalacağam", - aktrisa qeyd edib.

Link kopyalandı!
Son xəbərlər