Türkiyə Qara Dəniz qazının ixracına başlayır
Dünya
424
20:45, Bu gün

Türkiyə Qara Dəniz qazının ixracına başlayır

Türkiyə Qara Dənizdən hasil etdiyi qazı ixac edəcək.

Moderator.az xəbər verir ki, qonşu ölkənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) təbii qaz bazarı ilə bağlı tənzimləmə dəyişikliklərinin son mərhələsi üzərində işləyir.

Qaydalar oktyabrın 24-nə qədər hazır olacaq.

Yeni qaydalar Qara dənizdə hasil edilən təbii qazın boru kəməri və ya mayeləşdirmə yolu ilə ixracına yol açacaq. Bu, təbii qaz ticarətinin həcmini artıracaq, saxlama sərmayələrini təşviq edəcək və ötürücü sistemin səmərəliliyini yüksəldəcək.

Layihədə həmçinin müxtəlif regionlarda mayeləşdirilmiş təbii qaz (LNG) qurğularının fəaliyyət göstərməsinə icazə verən qaydalar da yer alıb.

Link kopyalandı!
Son xəbərlər