03:20
0°C
Bakı
"Mən iki həftədən sonra Cənubi Koreyada APEC sammitində Prezident Si Cinpin ilə görüşməli idim, lakin indi bunun üçün heç bir səbəb yoxdur".
Moderator.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp özünün "TruthSocial" sosial şəbəkəsindəki səhifəsində paylaşıb.
Tramp həmçinin Çinin nadir torpaq elementləri ilə bağlı qərarını “düşməncəsinə hərəkət” adlandırıb. Onun sözlərinə görə, Pekin dünya ölkələrinə məktublar göndərərək tərkibində nadir torpaq metalları olan bütün məhsullara ixrac nəzarəti tətbiq etmək niyyətindədir.