03:46
0°C
Bakı
Almaniya, Fransa və Böyük Britaniya hərtərəfli və uzunmüddətli sazişin bağlanması məqsədi ilə İranın nüvə proqramı ilə bağlı danışıqları bərpa etməyə hazırdır.
Moderator.az xəbər verir ki, bu barədə Aİ-3 ölkələrinin liderləri arasında danışıqların yekunları üzrə birgə bəyanatda deyilir:
“Biz İranın nüvə silahı əldə etməməsini təmin edəcək hərtərəfli, davamlı və yoxlanıla bilən razılaşma əldə etmək üçün İran və ABŞ ilə danışıqları bərpa etməkdə qərarlıyıq”.
Eyni zamanda, üç ölkənin liderləri snapback mexanizminin işə salınmasını (BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarını bərpa etdi ) düzgün qərar hesab etdiklərini və BMT-nin bütün üzvlərini Tehrana qarşı məhdudiyyətlərə əməl etməyə çağırdıqlarını bəyan ediblər.