Hakan Fidan:
Dünya
622
10 Oct 2025 | 20:15

Hakan Fidan: "72 saat ərzində əsirlər dəyişdirilməlidir"

Türkiyənin xarici işlər naziri Hakan Fidan İsraillə HAMAS arasında əldə olunmuş atəşkəs razılaşmasının detalları barədə danışıb.

Moderator.az-ın xəbərinə görə, nazir razılaşmanın mərhələli şəkildə həyata keçiriləcəyini bildirib.

Hakan Fidan ilkin mərhələ kimi əsirlərin dəyişdirilməsinin nəzərdə tutulduğunu deyib.

“72 saat ərzində əvvəlcə əsirlər dəyişdirilməli və həbsdə olanlar azad edilməlidir. Xüsusilə İsrail tərəfindən hər hansı bir provokasiyanın olmaması, soyqırımı davam etdirəcək bir vəziyyətin yaranmaması vacibdir”, - Fidan bildirib.

Link kopyalandı!
Son xəbərlər