DÇ-2026: İtaliya - İsrail matçı öncəsi təhlükəsizlik tədbirləri gücləndiriləcək
Dünya
565
10 Oct 2025 | 20:00

DÇ-2026: İtaliya - İsrail matçı öncəsi təhlükəsizlik tədbirləri gücləndiriləcək

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək İtaliya - İsrail matçı öncəsi Udine şəhərində təhlükəsizlik tədbirləri gücləndiriləcək.

Moderator.az xarici KİV-ə istinadən xəbər verir ki, şəhərdə şüşə butulka və metal qutuların satışı qadağan olunacaq.

Metal detektorlar partlayıcı maddələrin aşkarlanması üçün təkcə stadionun girişində deyil, həm də kənar yerlərdə də quraşdırılacaq.

O da bildirilir ki, İsrail millisi sabah Norveçlə Osloda keçiriləcək oyundan dərhal sonra naməlum istiqamətə uçacaq. İsrail yığmasının İtaliyaya uçuş məlumatları hazırda gizli saxlanılır.

Qeyd edək ki, İtaliya - İsrail matçı oktyabrın 14-də keçiriləcək.

Link kopyalandı!
Son xəbərlər