Makron Lekornunun geri qaytarılmasını planlayır
Dünya
383
19:50, Bu gün

Makron Lekornunun geri qaytarılmasını planlayır

Fransa prezidenti Emmanuel Makron bir neçə gün əvvəl istefa vermiş baş nazir Sebastien Lecornunun geri qayıtması məsələsini nəzərdən keçirir.

Moderator.az "Le Parisien"ə istinadən xəbər verir ki, bu variant dəstəklənməzsə, prezident parlamentin buraxılmasını istisna etmir.

Nəşrin yazdığına görə, sentyabrın 9-da axşam saatlarında Makron və onun sadiq tərəfdarları cənab Lekornunun baş nazir postuna qayıtması və “çox sayda yeni sima ilə” yeni hökumətin formalaşması üçün ssenari hazırlayıblar.

Link kopyalandı!
Son xəbərlər