Peskovun oğlu qalmaqala düşüb
Dünya
451
19:45, Bu gün

Peskovun oğlu qalmaqala düşüb

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun oğlu Nikolay Peskov (həmçinin Nikolay Çols kimi tanınır) növbəti dəfə diqqət mərkəzinə düşüb.

Moderator.az xəbər verir ki, Rusiya müxalif mediasının yazdığına görə, Nikolay Peskov “Vaqner” PMC-nin üzvü olduğunu iddia etdiyi dövrdə, əslində Türkiyədə və eləcə də Maldiv adalarında istirahət edirmiş.

Peskovun oğlu “Vaqner”də könüllü olaraq döyüşdüyünü və hətta "İgidliyə görə" medalı aldığını iddia etmişdi. O, cəbhədə altı aya yaxın döyüşdüyünü də əlavə etmişdi.

Bununla belə, Rusiya sərhəd xidmətinin sızdırılmış məlumatlarına görə, 31 yanvar 2023-cü ildə Peskov Rusiyanı tərk edərək Maldiv adalarına gedib və orada təxminən üç həftə qalıb. Həmin ilin sentyabrında yenidən oraya səfər edib. Peskovun oğlu həmin dövrdə dəfələrlə Türkiyə və BƏƏ-yə də səfər edib. Bu məlumatlar onun guya Ukraynada döyüşdüyü ilə bağlı iddialarını ciddi şübhə altına alır. (“AzPolitika”)

Link kopyalandı!
Son xəbərlər