23:04
0°C
Bakı
Zimbabveli deputat Dezire Moyo dəhşətli qəza keçirib. Avtomobilini filə çırpan millət vəkili hadisə yerindəcə ölüb.
Moderator.az xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.
Bildirilir ki, Dezire Moyo oktyabrın 10-da, ad günündən bir gün əvvəl səhər tezdən qəzaya düşüb. Avtomobildə onunla birlikdə daha dörd məmur olub və onlar xəsarət alıblar.
Yaralıların sözlərinə görə, faciəyə səbəb toqquşmadan sonra filin maşına zərbə endirməsi olub.(publika.az)