Lüksemburqun sabiq Böyük Hersoqu Anri ölkəni müvəqqəti tərk edir
Dünya
394
19:15, Bu gün

Lüksemburqun sabiq Böyük Hersoqu Anri ölkəni müvəqqəti tərk edir

Oktyabrın 3-də rəsmi şəkildə taxt-tacdan imtina edən Lüksemburqun sabiq dövlət başçısı Böyük Hersoq Anri bir neçə gün sonra ölkəni tərk edəcəyini elan edib.

Moderator.az xəbər verir ki, o, bu qərarı Luxembourg “Ladies Tennis Masters” turnirinin açılış gecəsində çıxışı zamanı açıqlayıb. Anriyə “2025-ci il Jana Novotna” mükafatı təqdim olunub. Bu mükafat ona Lüksemburqda tennisə verdiyi dəstəyə görə təqdim edilib.

“Təqaüdə çıxmışam, bu da deməkdir ki, gedirəm”,-deyə Anri həm zarafatla, həm də emosional tonla tamaşaçılara müraciət edib: “Bu il turnirdə iştirak edə bilməyəcəyəm. Bildiyiniz kimi, artıq təqaüdə çıxmışam. Bu isə o deməkdir ki, mən gedirəm. Sabah həyat yoldaşımla avtomobilə minib Lüksemburqu tərk edəcəyik – bir müddətlik. Ümid edirəm ki, bizi anlayacaqsınız”.

Anri, taxtı oğlu şahzadə Giyomun xeyrinə tərk etməsindən dərhal sonra bu qərara gəlib. Bu, onun daha sadə və diqqətdən uzaq bir həyata keçmək istədiyini göstərir.

Böyük hersoq Anri üçün bu qərar, bir dövrün sonu və yeni bir həyatın başlanğıcıdır. Artıq o, dövlət protokolundan uzaq səfərlər, macəralar və şəxsi azadlıqlarla dolu bir həyat qurmağa hazırlaşır.

Lüksemburqlular isə öz keçmiş rəhbərlərinə həm minnətdarlıq, həm də anlayışla yanaşaraq, bu yeni mərhələdə ona uğurlar arzulayıblar.

Link kopyalandı!
Son xəbərlər