UEFA-dan Rusiya ilə bağlı yeni qərar
Dünya
231
19:10, Bu gün

UEFA-dan Rusiya ilə bağlı yeni qərar

UEFA Rusiyanın gənclərdən ibarət seçməsini Avropa çempionatının turnirinə buraxmayıb.

Moderator.az xəbər verir ki, bu barədə UEFA qərar qəbul edib.

Bildirilib ki, UEFA-nın baş katibi Teodor Teodoridisin bütün 55 milli assosiasiyaya göndərdiyi dövri məktubda bildirilib ki, U-19 yaş qrupu arasında Avro-2026/27 turnirinin seçmə mərhələlərinin ilk raundlarının püşkatması bu ilin 10 dekabrında İsveçrənin Nyon şəhərində keçiriləcək. Məktuba U-19 komandalarının iştirak siyahısı da əlavə olunub. Siyahıda UEFA-ya üzv olan 55 ölkədən 54-nün adı var. Rusiya püşkatmaya dəvət olunmayıb.

Qeyd edək ki, 2022-ci ilin fevralından Rusiyanın milli və klub səviyyəsində bütün komandaları beynəlxalq yarışlardan qeyri-müəyyən müddətə kənarlaşdırılıb.

Link kopyalandı!
Son xəbərlər