Dünya
430
19:00, Bu gün

"Ukraynanın uzaqmənzilli FPV dronları döyüş meydanını dəyişir" - "Forbes"

"Sabit qanadlı dronlar işğalçıların arxa cəbhəsində vahimə yaradır..."

Ukraynanın sabit qanadlı FPV-dronları artıq döyüş əməliyyatlarının coğrafiyasını genişləndirib.

Moderator.az xəbər verir ki, bu barədə "Forbes" nəşri yazıb.

Nəşr yazır ki, bu dronlar onlarla kilometr aralıdakı hədəfləri vurmaqla işğalçılar üçün "təhlükəsiz zona" anlayışını ləğv edib. Klassik multikopterlər tanklara, texnikaya və piyadaya zərbələrdə effektiv qalsa da, məsafə və yük tələb olunduqda üstünlük getdikcə sabit qanadlı modellərə keçir.

Multikopterlərlə fərq nədir?

Sabit qanadlı FPV-lər enerjidən daha səmərəli istifadə edir, yanacağa qənaət edir və uçuş məsafəsini kəskin artırır. Bu isə onları hava hücumundan müdafiə sistemləri, radarlar, sursat anbarları və logistik mərkəzlər kimi uzaq hədəflər üçün ideal edir. Ukrayna Milli Qvardiyasının "Tayfun" bölməsinin komandiri Mayklın sözləri ilə desək, "uçuş məsafəsi, sürət və yükdaşıma qabiliyyəti bu dronları strateji silaha çevirir".

Üstünlüklər əlavə çətinliklər yaradır

Bu üstünlük əlavə mürəkkəblik deməkdir: sabit qanadlı aparatları havaya qaldırmaq üçün xüsusi start prosedurları, əvvəlcədən hesablanmış marşrut və enerji sərfinə daimi nəzarət lazımdır. Hücum zamanı isə səhvə demək olar ki, yer qalmır - dron artıq kursa giribsə, trayektoriyanı dəyişmək çətindir.

Ucuz "raket əvəzedicisi" kimi yüksəliş

Bütün bu çətinliklərə baxmayaraq, 40-50 km-dən uzaq zərbələrdə artıq məhz bu tip FPV-lər əsas rol oynayır. Onların təsiri bəzi analitiklər tərəfindən Birinci Dünya müharibəsində pulemyotun meydana çıxması ilə müqayisə edilir. Əgər kəşfiyyat düzgündirsə, bu dronlar düşmənin arxa cəbhəsini də rahatlıqla deşir.

Ukraynada dronlarla bağlı son xəbərlər

Almaniyanın "Quantum Systems" şirkəti Ukraynada pilotsuz aparatların istehsalını artırır və Almaniyadakı müəssisələri ilə əməkdaşlığı gücləndirir. "Politico" nəşri yazır ki, onların "Vector" adlı kəşfiyyat dronları Rusiya işğalının ilk günlərində Ukraynaya humanitar yardım kimi verilən ilk sistemlərdən olub.

Cəbhədə isə dronlar yeni qabiliyyətlər nümayiş etdirir. Yaxın günlərdə ukraynalı hərbçilər ilk dəfə FPV-dronlarla Rusiyanın hərbi gəmisinə uğurlu zərbə endirib: avqustun 28-də Azov dənizindəki Temryuk körfəzində "Kalibr" qanadlı raketləri ilə təchiz edilmiş "Buyan-M" korveti vurulub.

Link kopyalandı!
Son xəbərlər