Çexiyada hərbi obyektlər üzərində naməlum PUA-lar müşahidə edilib
Dünya
660
10 Oct 2025 | 18:47

Çexiyada hərbi obyektlər üzərində naməlum PUA-lar müşahidə edilib

Çexiya səmasında hərbi obyektlər üzərində naməlum pilotsuz uçuş aparatları (PUA) müşahidə edilib.

Moderator.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Qərargahından bildirilib.

Rəsmilər söhbətin məhz hansı obyektlərdən getdiyini açıqlamırlar. Baş Qərargahın mətbuat katibi Zdenka Sobarnya-Koşvantseva qeyd edib ki, məlumat məxfidir.

Ordunun nümayəndəsi zərurət yarandığı halda uçuş aparatlarını zərərsizləşdirməyə hazır olduqlarını təsdiqləyib.

Onun sözlərinə görə, ordu NATO-dakı tərəfdaşlarla əlaqə saxlayır, bununla belə, o, təfərrüatları açıqlamayıb.

Link kopyalandı!
Son xəbərlər