Ağ Ev Nobel Komitəsini Sülh Mükafatını siyasiləşdirməkdə ittiham etdi
Dünya
611
10 Oct 2025 | 18:30

Ağ Ev Nobel Komitəsini Sülh Mükafatını siyasiləşdirməkdə ittiham etdi

Ağ Evin kommunikasiyalar üzrə direktoru Stiven Çun bəyan edib ki, Nobel Komitəsinin üzvləri planetimizdə sülhdən çox, siyasətə əhəmiyyət verirlər.

Moderator.az xəbər verir ki, o, cümə günü bu barədə "X" sosial şəbəkəsində yazıb:

Çun Nobel Sülh Mükafatının Venesuela siyasətçisi və ictimai xadimi Mariya Korina Maçadoya verilməsi barədə informasiyanı şərh edərək yazıb: "Nobel Komitəsi sülhdən çox, siyasətə üstünlük verdiyini isbat etdi".

Ağ Evin nümayəndəsi əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp sülh sazişləri imzalamağa, müharibələrə son qoymağa və həyatları xilas etməyə davam edəcək:

"Onun humanist qəlbi var və dünyada heç vaxt onun qədər yalnız öz iradəsinin gücü ilə dağları yerindən oynada biləcək bir kimsə olmayacaq".

Link kopyalandı!
Son xəbərlər