Kadırov müsabiqə elan edib: 10 ədəd
Dünya
265
18:17, Bu gün

Kadırov müsabiqə elan edib: 10 ədəd "iPhone 17" bağışlayacaq - FOTO

Çeçenistan rəhbəri Ramzan Kadırov müsabiqə elan edib.

Moderator.az xəbər verir ki, bu barədə Kadırov öz "Telegram" kanalında yazıb.

O bildirib ki, 500 rublluq yeni əsginasda "Qroznı-Siti" kompleksinin təsvirini dəstəkləyənlər arasında 10 ədəd "iPhone 17" mobil telefonu oynanılacaq.

"Bu gün Qroznı şəhərini və Çeçenistan Respublikasını sevən hər bir kəsin dəstəyi çox vacibdir", - deyə o vurğulayıb.

İştirak etmək üçün dörd platformada "Qroznı-Siti"yə səs vermək və skrinşotları sosial şəbəkələrdə paylaşmaq lazımdır.

Yeni əsginasdakı simvollar üçün səsvermədə "Qroznı-Siti" və Elbrus dağı liderlik edir. Bu variantların hər birinə artıq 700 mindən çox səs verilib. Kadırov müsabiqəni elan edən vaxt Elbrus dağı 12 mindən çox səslə irəlidə olub.

Kadırov müsabiqə elan edib: 10 ədəd iPhone 17 bağışlayacaq

Link kopyalandı!
Son xəbərlər