01:36
0°C
Bakı
Çeçenistan rəhbəri Ramzan Kadırov müsabiqə elan edib.
Moderator.az xəbər verir ki, bu barədə Kadırov öz "Telegram" kanalında yazıb.
O bildirib ki, 500 rublluq yeni əsginasda "Qroznı-Siti" kompleksinin təsvirini dəstəkləyənlər arasında 10 ədəd "iPhone 17" mobil telefonu oynanılacaq.
"Bu gün Qroznı şəhərini və Çeçenistan Respublikasını sevən hər bir kəsin dəstəyi çox vacibdir", - deyə o vurğulayıb.
İştirak etmək üçün dörd platformada "Qroznı-Siti"yə səs vermək və skrinşotları sosial şəbəkələrdə paylaşmaq lazımdır.
Yeni əsginasdakı simvollar üçün səsvermədə "Qroznı-Siti" və Elbrus dağı liderlik edir. Bu variantların hər birinə artıq 700 mindən çox səs verilib. Kadırov müsabiqəni elan edən vaxt Elbrus dağı 12 mindən çox səslə irəlidə olub.