Britaniya Ukraynanın enerji infrastrukturuna yardımını sürətləndirir
Dünya
504
18:02, Bu gün

Britaniya Ukraynanın enerji infrastrukturuna yardımını sürətləndirir

Böyük Britaniya Ukraynanın enerji infrasturukturunun bərpasına ayırdığı 42 milyon funt-sterlinqin Kiyevə ötürülməsi prosesini sürətləndirir.

Moderator.az xəbər verir ki, bunu Böyük Britaniyanın Avropa, Şimali Amerika və Britaniyanın xarici əraziləri üzrə dövlət naziri Stefen Douti özünün “X” hesabında deyib.

“Rusiyanın Ukraynanın enerji infrastrukturuna hücumlarından sonra milyonlarla ukraynalı oyanarkən su və elektrik enerjisi tapmayıb. Biz onların enerji infrastrukturunu bərpa etmək və qorumaq üçün 42 milyon funt-sterlinq məbləğində vəsaitin Ukraynaya çatıdırlmasını sürətləndiririk. Biz Rusiyanın Ukraynanı soyuğa və qaranlığa qərq etməsinə imkan verməyəcəyik” britaniyalı nazir qeyd edib.

Link kopyalandı!
Son xəbərlər