G7 səfirləri Ukrayna üçün təcili görüş keçirdi
Dünya
241
17:57, Bu gün

G7 səfirləri Ukrayna üçün təcili görüş keçirdi

G7 ölkələrinin səfirləri Ukraynanın energetika naziri Svetlana Qrinçuk və enerji sektorunun nümayəndələri ilə təcili görüş keçirib.

Moderator.az xəbər verir ki, bu barədə G7-nin Ukraynadakı səfirlərinə dəstək qrupu X səhifəsində yazıb.

Görüşdə Ukraynanın energetika naziri Svetlana Qrinçukla yanaşı, "Naftoqaz", "Ukrenerqo" və "Enerqoatom"un nümayəndələri iştirak edib.

G7 səfirlərinin Ukraynadakı Dəstək Qrupu görüşün Rusiyanın enerji və mülki infrastruktura hücumları, Ukraynanın bu hücumlara qarşı müdafiəsini dəstəkləmək yolları və ən təcili ehtiyacların qarşılanması mövzularında keçirildiyini bildirib.

Qeyd edək ki, 10 oktyabra keçən gecə Rusiya Ukraynanın enerji sisteminə genişmiqyaslı zərbələr endirib, bu da ölkə üzrə qəfil elektrik kəsintilərinə səbəb olub.

Link kopyalandı!
Son xəbərlər