Məktəb avtobusu yük maşını ilə toqquşub - Yaralananlar var
Dünya
244
17:35, Bu gün

Məktəb avtobusu yük maşını ilə toqquşub - Yaralananlar var

Polşada məktəb avtobusu yük maşını ilə toqquşub, nəticədə altı nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Moderator.az xəbər verir ki, bu barədə "RMF24" portal yazıb.

Oktyabrın 10-da səhər saatlarında Pomorsk voyevodalığında avtobus yük maşını ilə toqquşub. Avtobusda təxminən 50 sərnişin, o cümlədən məktəbli uşaqlar olublar.

Qəza nəticəsində yeddi nəfər yaralanıb, onların altısı xəstəxanaya çatdırılıb.

Qəzanın baş verməsi səbəbi araşdırılır.

İlkin məlumata görə, avtobus qırmızı işıqda qəza siqnalları yandırılmış vəziyyətdə dayanan yük maşınını ötməyə cəhd edib. Manevr zamanı yük maşını yerindən tərpənərək avtobusla toqquşub.

Link kopyalandı!
Son xəbərlər