Putin Trampın Nobel Sülh mükafatı almamasına münasibət bildirdi
Dünya
632
10 Oct 2025 | 17:00

Putin Trampın Nobel Sülh mükafatı almamasına münasibət bildirdi

"Bəzən Nobel Sülh mükafatı elə şəxslərə verilib ki, onların sülhə heç bir töhfəsi olmayıb".

Moderator.az-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin bəyan edib.

O vurğulayıb ki, elə bu səbəbdən də Nobel Komitəsi öz nüfuzunu itirib.

Rusiya dövlət başçısı, həmçinin qeyd edib ki, ABŞ-li həmkarı Donald Tramp Ukraynadakı böhranı həll etməyə səmimi şəkildə çalışır.

Xatırladaq ki, Nobel Sülh mükafatını bu il ABŞ Prezidenti Donald Trampın alacağı təxmin edilirdi, ancaq laureat Venesueladan olan siyasətçi və ictimai xadim Mariya Korina Maçado olub.

Link kopyalandı!
Son xəbərlər