Ağ Ev Trampa sülh mükafatı verilməməsinə münasibət bildirib: Nobel Komitəsi siyasəti sülhdən üstün tutur
Dünya
447
16:10, Bu gün

Ağ Ev Trampa sülh mükafatı verilməməsinə münasibət bildirib: Nobel Komitəsi siyasəti sülhdən üstün tutur

Nobel Komitəsi sübut etdi ki, siyasəti sülhdən üstün tutur.

Moderator.az xəbər verir ki, bunu Ağ Evin kommunikasiya məsələləri üzrə direktoru Steven Çeunq özünün “X” hesabında yazıb.

“Prezident Tramp sülh razılaşmaları ərsəyə gətirməyə, müharibələri bitirməyə və həyatları xilas etməyə davam edəcək. Onun çox humanist qəlbi var və onun kimi dağları öz iradəsinin gücü ilə yerindən oynada bilən bir şəxs tapılmayacaq. Nobel Komitəsi sübut etdi ki, siyasəti sülhdən üstün tutur”, - Ağ Ev rəsmisi bildirib.

Link kopyalandı!
Son xəbərlər