Qəzzada vəziyyətə kimin nəzarət edəcəyi bəlli oldu
Dünya
598
13:35, Bu gün

Qəzzada vəziyyətə kimin nəzarət edəcəyi bəlli oldu

Qəzza zolağında atəşkəs razılaşmalarına nəzarəti beynəlxalq missiya çərçivəsində artıq Yaxın Şərqdə yerləşdirilmiş ABŞ hərbçiləri həyata keçirəcəklər.
 
Moderator.az xəbər verir ki, bunu "X" sosial şəbəkəsində Ağ Evin mətbuat katibi Kerolayn Livit bəyan edib.
 
O deyib ki, ABŞ-nin Yaxın Şərqə 200 hərbi qulluqçu göndərəcəyi barəsində KİV-lərdə gedən məlumat kontekstdən çıxarılmış yanlış məlumatdır.
 
"Məsələyə aydınlıq gətirərək bildirirəm ki, CENTCOM-da yerləşdirilmiş (operativ məsuliyyət zonasına ilk növbədə Yaxın Şərq və Şimali Afrika daxil olan ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığı - red.) təqribən 200 ABŞ hərbi qulluqçusuna İsraildə sülh danışıqlarının əməl olunmasına nəzarət etmək və orada yerləşdirilmiş digər qüvvələrlə əməkdaşlıq etmək göstərişi veriləcək", - deyə Livit bildirib.
 
Daha əvvəl "Associated Press" agentliyi ABŞ Administrasiyasına istinadla bildirmişdi ki, Birləşmiş Ştatlar İsrailə təqribən 200 hərbi qulluqçu göndərəcək. Onlar Qəzza zolağında atəşkəs razılaşmalarının icrasına nəzarət edəcəklər. Amerika rəhbərliyi İsraildə Qəzza zolağına humanitar yardımın çatdırılmasını tənzimləyən və logistika, təhlükəsizlik sahəsində yardım həyata keçirən hərbi-mülki əlaqələndirmə mərkəzi təşkil edəcək.
 
Amma "Reuters" öz növbəsində məlumat yaymışdı ki, Amerika hərbçiləri bilavasitə Fələstin anklavının öz ərazisində yerləşdirilməyəcək və beynəlxalq missiyanın tərkibinə Misir, Qətər, Türkiyə və ehtimal ki, BƏƏ hərbçiləri daxil olacaq.
Link kopyalandı!
Son xəbərlər