Hadisə narkotik istintaqında ifadə verdi - aylıq qazancı ortaya çıxdı
Dünya
477
08:20, Bu gün

Hadisə narkotik istintaqında ifadə verdi - aylıq qazancı ortaya çıxdı

İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan genişmiqyaslı narkotik istintaqı çərçivəsində ifadə verən məşhur müğənni Hadisə, özünə yönəldilən iddiaları qəti şəkildə rədd edib. Sənətçi açıqlamasında aylıq gəlirinin 700-800 min lirə arasında olduğunu bildirib.
 
Türkiyə mətbuatı xəbər verir ki, Hadisə ilə yanaşı Dilan Polat, Engin Polat, İrem Derici, Kubilay Aka və Özge Özpirinçci kimi bir çox tanınmış adın da ifadəsi alınıb.
 
Məşhurlara bu suallar ünvanlanıb:
 
Gəlir mənbələri və qazanc səviyyələri
 
Sosial media paylaşımları
 
Narkotik maddə ilə əlaqələrinin olub-olmaması
 
Hadisə ifadəsində bunları deyib: "Narkotik maddə ilə heç bir əlaqəm yoxdur. Həyatımın heç bir dövründə belə maddələr istifadə etməmişəm. Sosial mediada bununla bağlı paylaşım etməmişəm. Belə maddələrin istifadə olunduğu məkanlarda iştirak etməmişəm və bu yöndə heç kimlə pul alış-verişim olmayıb."
 
Hadisə, aylıq gəlirinin 700 min - 800 min lirə civarında olduğunu rəsmən bildirib. Bu açıqlama həm media, həm də ictimaiyyətdə böyük maraq doğurub. /Milli.az/
 
Link kopyalandı!
Son xəbərlər