İsrail bütün fələstinli qadın və uşaqları həbsdən azad edəcək
Dünya
866
09 Oct 2025 | 23:20

İsrail bütün fələstinli qadın və uşaqları həbsdən azad edəcək

İsrail hakimiyyəti atəşkəs razılaşmasının bir hissəsi olaraq bütün fələstinli qadın və uşaqları azad edəcək .

Moderator.az xəbər verir ki, HƏMAS hərəkatının rəhbəri Xaliil əl-Haya bildirib.

Onun sözlərinə görə, ömürlük həbsə məhkum edilmiş 250 fələstinli məhbus, həmçinin oktyabrın 7-dən bəri həbsdə olan 1700 qəzzalı azad ediləcək. Bütün fələstinli qadın və uşaqlar azad ediləcək.

Qəzza zolağında atəşkəs oktyabrın 9-da qüvvəyə minib. ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə imzalanmış sazişlərin birinci mərhələsinə əsasən, hər iki tərəfdən bütün girovlar azad ediləcək və İsrail qoşunları razılaşdırılmış xəttə çəkiləcək.

Link kopyalandı!
Son xəbərlər