İdman təyyarəsi qəzaya uğrayıb, pilot həlak olub
Dünya
949
09 Oct 2025 | 22:30

İdman təyyarəsi qəzaya uğrayıb, pilot həlak olub

Slovakiyanın qərbində ultra yüngül idman təyyarəsi "WT9 Dynamic" qəzaya uğrayıb.

Moderator.az xəbər verir ki, bu barədə Slovakiya radiosu məlumat yayıb.

Məlumata əsasən, təyyarə hələlik məlum olmayan səbəblərə görə Priyevidza şəhəri yaxınlığında meşəyə düşüb. Hadisə nəticəsində pilot həlak olub.

Polis qəzanın baş vermə səbəbini araşdırır.

Link kopyalandı!
Son xəbərlər