Tramp:
Dünya
302
09 Oct 2025 | 22:10

Tramp: "ABŞ İranı vurmasaydı Tehran artıq nüvə silahına sahib ola bilərdi"

“Əgər ABŞ İran ərazisindəki obyektlərə zərbələr endirməsəydi, Tehran artıq nüvə silahına sahib ola bilərdi”.

Moderator.az xəbər verir ki, bu fikri ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlaması zamanı səsləndirib.

“Düşünürəm ki, İrana edilən hücum çox vacib idi. Çünki, bu hücum olmasaydı, İranın bu günə qədər yəqin ki, nüvə silahı, hətta çoxsaylı nüvə başlıqları olardı. İndi İran sülhün təmin olunması üzərində işləmək istəyir. Onlar bizə bu barədə məlumat veriblər və bu razılaşmanı (Qəzza sektorunda döyüşlərin dayandırılmasına dair) tam şəkildə dəstəklədiklərini bildiriblər. Məncə, bu, əladır. Biz buna görə minnətdarıq və İranla əməkdaşlıq edirik” – o deyib.

Trampın sözlərinə görə, belə bir vəziyyət Yaxın Şərqdə sülhün bərqərar olunmasına dair əldə edilən razılaşmaları kölgədə qoya bilərdi.

Link kopyalandı!
Son xəbərlər