Konqresmen Sorosun terrorizmin maliyyələşdirilməsində rolunu araşdırmağa çağırdı
Dünya
326
09 Oct 2025 | 21:37

Konqresmen Sorosun terrorizmin maliyyələşdirilməsində rolunu araşdırmağa çağırdı

ABŞ-də respublikaçı konqresmen Baddi Karter Ədliyyə Nazirliyini maliyyəçi Corc Sorosun ölkədə daxili terrorizmin maliyyələşdirilməsində rolunu araşdırmağa çağırıb.

Moderator.az xəbər verir ki, bu barədə "Daily Caller" portalı konqresmenin məktubuna istinadən məlumat yayıb.

"Biz ondan ehtiyat edirik ki, Soros Fondu "Open Society Foundations" siyasi ekstremizmin təbliği ilə əlaqəli təşkilatların maliyyələşdirilməsində əhəmiyyətli rol oynayıb", - deyə məlumatda bildirilir.

Məktubda həmçinin iddia edilir ki, Corc Soros daxili terrorizm anlayışı altına düşən fəaliyyətlə məşğul olur və ya onu dəstəkləyir. Həmçinin Karter "Open Society Foundations" Fondu və Soros tərəfindən dəstəklənən digər təşkilatların daxili terrorizmə aid federal qanunları pozub-pozmadığını yoxlamağı xahiş edib.

Bundan əlavə, konqresmen Soros tərəfindən ABŞ vətəndaşlarına qarşı yönəlmiş zorakılığa və digər qeyri-qanuni fəaliyyətə maddi dəstəyin təşkil edilib-edilmədiyini də müəyyənləşdirməyə çağırıb.

Link kopyalandı!
Son xəbərlər