NATO aviabazası üzərində naməlum PUA aşkar edildi
Dünya
345
09 Oct 2025 | 21:00

NATO aviabazası üzərində naməlum PUA aşkar edildi

Almaniyanın qərbindəki Geylenkirçendə (Şimali Reyn-Vestfaliya) NATO-nun aviabazasının üzərində naməlum PUA aşkar edilib.

Moderator.az xəbər verir ki, bu barədə “Der Şpigel” jurnalı məlumat yayıb.

Bildirilib ki, radarlar çərşənbə günü bazanın təhlükəsizlik zonasında PUA-nı aşkar ediblər. PUA uçuş zolağının üzərindən aşağı hündürlükdə uçub.

Dərhal bazaya xəbərdarlıq edilib, hərbçilər və polis hadisə yerinə gəlib. Pilotsuz təyyarənin növü və operatoru hələ müəyyən edilməyib.

Qeyd edək ki, Geylenkirçen aviabazası alyansın şərq cinahında NATO-nun hava nəzarəti əməliyyatlarında əsas rol oynayır. Orada havadan erkən xəbərdarlıq və idarəetmə (AWACS) təyyarələri yerləşdirilib.

Link kopyalandı!
Son xəbərlər