İsrail dinc əhalinin toplaşdığı məktəbə zərbə endirdi
Dünya
397
09 Oct 2025 | 20:58

İsrail dinc əhalinin toplaşdığı məktəbə zərbə endirdi

İsrail ordusuna məxsus PUA Qəzzanın qərbində, köçkünlər üçün sığınacaq kimi xidmət edən “Yarmuk” məktəbinə zərbə endirib. Bir neçə fələstinli yaralanıb və yaxınlıqdakı Baptist Xəstəxanasına aparılıb.

Moderator.az xəbər verir ki, bu barədə “Əl Mayadin” məlumat yayıb.

Günorta saatlarında İsrailin artilleriya atəşinə məruz qalan Qəzzanın mərkəzində yerləşən Nuseyrat qaçqın düşərgəsində də itkilər qeydə alınıb.

Bundan əlavə, təyyarələr əl-Tuffah məhəlləsində və əl-Şati düşərgəsində yerüstü hədəflərə raket zərbələri endirib, lakin mülki əhali arasında itkilər barədə məlumat yoxdur.

Link kopyalandı!
Son xəbərlər