01:10
0°C
Bakı
Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov xarici işlər nazirinin müavini Sergey Ryabkovun Putin və Trampın Alyaska razılaşmalarının artıq “tükəndiyi” barədə bəyanatını birbaşa təkzib edib.
Moderator.az xəbər verir ki, Uşakov Putin və Tramp administrasiyasının nümayəndələri arasında təmasların davam etdiyibi söyləyib.
"Ankoricin impulsunun tükəndiyi barədə iddialar kökündən yanlışdır. Alyaskada əldə olunan razılaşmalar sülhdə maraqlı olmayan avropalılar və Kiyev tərəfindən bəyənilmir", - Putinin köməkçisi vurğulayıb.
Qeyd edək ki, Ryabkov Alyaska görüşündən sonra Rusiya ilə ABŞ arasında Ukrayna nizamlanması ilə bağlı yaranan impulsun artıq tükəndiyini açıqlayıb.