01:11
0°C
Bakı
Gürcüstanın sabiq müdafiə naziri Baço Axalaya istintaqa çağırılıb.
Moderator.az xəbər verir ki, o, sabah saat 13:00-da Gürcüstanın Daxili İşlər Nazirliyinə (DİN) dəvət olunub.
DİN əlavə məlumat vermədən etmədən keçmiş nazirin cinayət işlərindən biri ilə bağlı çağırıldığını bildirib.
İddialara görə, B. Axalayanın Ukraynadan Gürcüstana heksogen partlayıcı maddəsinin gətirilməsində əli ola bilər.
Qeyd edək ki, B. Axalaya 2009-2012-ci illərdə Gürcüstanın müdafiə naziri vəzifəsini tutub. O, 2012-ci ilin noyabrında vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə həbs olunub və 2022-ci ilin martında azadlığa buraxılıb.