00:49
0°C
Bakı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beştepe Konqres və Mədəniyyət Mərkəzində keçirilən 2025-2026 ali təhsil tədris ilinin açılış mərasimindəki çıxışında bu sahədə əhəmiyyətli yeniliklərdən danışıb.
Moderator.az "TGRT News"a istinadən xəbər verir ki, dövlət başçısı yeni dövrdə kurs planlarının sadələşdiriləcəyini və tələbələrin layihənin hazırlanması, tətbiqi və tədqiqata əsaslanan öyrənmə modelləri əsasında təhsil alacağını bildirib.
O həmçinin bir çox Avropa ölkələrində olduğu kimi, tələbələrin üç il ərzində məzun ola bilməsi üçün struktur islahatlarının gündəmdə olduğunu açıqlayıb.
"Bu islahatlarla ali təhsil sistemimiz həm daha səmərəli olacaq, həm də beynəlxalq standartlara uyğunlaşacaq", - deyə Ərdoğan qeyd edib.