Paşinyan da Tacikistana getdi
Dünya
332
09 Oct 2025 | 20:00

Paşinyan da Tacikistana getdi

Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 9-10-da Tacikistanda işgüzar səfərdə olacaq.

Moderator.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazir aparatı məlumat yayıb.

Bildirilib ki, Paşinyan Düşənbədə MDB Dövlət Başçıları Şurasının növbəti iclasında iştirak edəcək.

Xatırladaq ki, Prezident İlham Əliyev də tacikistanlı həmkarı Emoməli Rəhmonun dəvəti ilə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün bu gün Düşənbəyə səfər edib.

Link kopyalandı!
Son xəbərlər