Tramp Nobel mükafatına namizəd göstərildi
Dünya
375
09 Oct 2025 | 19:48

Tramp Nobel mükafatına namizəd göstərildi

Maltanın baş nazirinin müavini, xarici işlər və turizm naziri Yan Borq Ermənistan və Azərbaycan arasında sülhün əldə edilməsinə verdiyi töhfəyə görə ABŞ Prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüb.

Moderator.az xəbər verir ki, bu barədə Borqun "Facebook" səhifəsindəki paylaşımında deyilir.

"Mən 2024-cü ildə ATƏT-in fəaliyyətdə olan sədri kimi Ermənistan və Azərbaycan arasında sülhə nail olmaq üçün çox sayda insanlarla işlədim və nəhayət ki, bu yay ABŞ prezidenti buna nail oldu. Mən də bir çoxları kimi onu Nobel Sülh Mükafatına namizəd göstərdim və müvafiq məktubu Trampa təqdim etdim", - Borq yazıb.

O xatırladıb ki, iki həftə əvvəl Nyu-Yorkda ABŞ prezidenti və birinci xanımı Melaniya Trampla görüş zamanı bu təşəbbüslə çıxış edəcəyini bəyan edib.

Malta baş nazirinin müavini həmçinin ABŞ prezidentini Yaxın Şərq və Ukraynada sülhün bərqərar olması üçün fəaliyyətini davam etdirməyə çağırıb.

Link kopyalandı!
Son xəbərlər