İran rəsmiləri qorxudan xəstəxanalarda gecələyir
Dünya
390
18:55, Bu gün

İran rəsmiləri qorxudan xəstəxanalarda gecələyir

İranın hökumət nümayəndələri və məsul şəxslərinin bəziləri İsrailin onları öldürəcəyi qorxusuna görə başqa yerlərdə, o cümlədən xəstəxanalarda gecələyirlər.

Moderator.az xəbər verir ki, bunu tanınmış jurnalist, yazıçı və “Səmat” nəşrinin baş redaktoru Mehdi Nasiri deyib.

“Məndə olan məlumatlara görə, onlar xəstəxanalarda hazırlanmış xüsusi otaqlarda, yeraltı sığınacaqlarda gecələyirlər. Rəsmilər İsrailin 7 oktyabr hadisəsinə görə onları hədəf alacağından ehtiyat edirlər”, - o əlavə edib.

Nasiri hökumət məmurlarının daima təşvişdə olduqlarını iddia edib:

“Onlar əmindirlər ki, İsrailin növbəti hücumu qarşısında aciz qalacaqlar".

Mehdi Nasiri İslam Respublikasının çökmək üzrə olduğunu və bunun qarşısını almağın mümkünsüzlüyünü vurğulayıb.

Qeyd edək ki, Mehdi Nasiri bundan əvvəl Əli Xameneinin ofisinin nəşri olan “Keyhan” qəzeti, eləcə də “Sübh” həftəliyinin baş redaktoru və icraçı direktoru vəzifələrində çalışıb.

Link kopyalandı!
Son xəbərlər