Günəşdə güclü partlayış baş verdi
Dünya
358
18:07, Bu gün

Günəşdə güclü partlayış baş verdi

Günəşdə M sinfinə aid güclü partlayış qeydə alınıb.

Moderator.az-ın xəbərinə görə, bu barədə TASS-a Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

"Oktyabrın 9-da Bakı vaxtı ilə 16:31-də rentgen diapazonunda M2 partlayışı qeydə alınıb", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində 1 kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur. Növbəti mərhələyə keçərkən güc 10 dəfə artır. Partlayışlar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit qasırğaları yarada bilər.

Link kopyalandı!
Son xəbərlər