“Ruslar açıqca deyirlər ki, Xəzər dənizindəki neft buruqlarınızı vuracağıq...”- Qabil Hüseynli
Dünya
463
17:41, Bu gün

“Ruslar açıqca deyirlər ki, Xəzər dənizindəki neft buruqlarınızı vuracağıq...”- Qabil Hüseynli

“Amma Rusiyanı da güc etibarilə tərifləyib göylərə qaldırmaq lazım deyil. Azərbaycanın Türkiyə, Pakistan və başqa dost ölkələr kimi nüfuzlu müttəfiqləri, həmçinin özünün qüdrətli ordusu, münasib hərbi və strateji imkanları var və bu fakt daim nəzərə alınmalıdır...”
 
Xəbər verildiyi kimi,  bu gün Tacikistan paytaxtı Düşənbədə MDB dövlət başçılarının sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya lideri Vladimir Putin arasında görüş keçirilib. 
 
“Gəlin açıq danışaq. Rusiya artıq 3 ildən çoxdur ki, bütün dünyanın təhlükəsizlik sistemi üçün böyük bir bəlaya çevrilib,  risk yaradan addımlar atmaqda davam edir. Belə bir durumda Azərbaycan da müstəqil dövlət olaraq təhdid edilir. Ruslar açıqca deyirlər ki, Xəzər dənizindəki neft buruqlarınızı vuracağıq...  Və təbii ki, biz də müstəqil dövlət olaraq öz təhlükəsizliyimizi təmin etməliyik. Belə olan şəraitdə dövlətlərarası münasibətləri əvvəlki səviyyəsinə gətirmək o qədər də asan olmayacaq.”
 
Bu fikirləri  hafta.az-a açıqlamasında “Bəs görəsən, münasibətlərin indiki durumunda, xüsusilə də artıq ildönümünün yaxınlaşdığı məlum sərnişin təyyarəmizin vurulması, vətəndaşlarımızın həlak olması qarşılığında Rusiya rəhbərliyinin heç bir ciddi adekvat tədbir görmədiyi bir şəraitdə Kremlin Azərbaycanla münasibətləri əvvəlki normal məcraya qaytarması cəhdləri nə dərəcədə milli dövlət maraqlarımıza uyğun olar?” fikrinə münasibət bildirən politoloq Qabil Hüseynli ifadə edib.
 
 
“Amma Rusiyanı da güc etibarilə tərifləyib göylərə qaldırmaq lazım deyil. Azərbaycanın Türkiyə, Pakistan və başqa dost ölkələr kimi nüfuzlu müttəfiqləri, həmçinin özünün qüdrətli ordusu, münasib hərbi və strateji imkanları var və bu fakt daim nəzərə alınmalıdır. Yalnız dənizdəki hərbi qüvvələr məsələsində Rusiya bizdən üstündür. Belə ki, rusların sualtı qayıqları, hərbi təyyarələri daşıyan esmines-gəmiləri, rahatca sahilə çıxıb təkərlər üzərində hərəkət edə biləcək sistemləri var. Odur ki, emosiyalara qapılıb impulsiv hərəkətlərə yol vermək olmaz — vəziyyəti soyuqqanlılıqla, strateji mənafe əsasında qiymətləndirməliyik...  
 
Eyni zamanda, biz müharibə istəmirik. Həmçinin, hesab edirəm ki, Rusiya da bizimlə hərbi güc vasitəsilə danışmaq istəmir, çünki Ukrayna müharibəsi bataqlığından çıxa bilmədiyi bir şəraitdə onun buna gücü və imkanı da yoxdur. Odur ki, kompromis və dialoq yolu ilə milli mənafelərimizin maksimum qorunması şərtilə bir razılaşma əldə edilə bilər”, -deyə davamında politoloq diqqətə çatdırıb.
 
Link kopyalandı!
Son xəbərlər