Futbolçu oyun zamanı boynunu sındırıb
Dünya
324
17:30, Bu gün

Futbolçu oyun zamanı boynunu sındırıb

Çinin "Quansi Pinqqo" futbol klubunun toqolu yarımmüdafiəçisi Samuel Asamoa matç zamanı başını reklam lövhəsinə çırparaq boynunu sındırıb.

Moderator.az xəbər verir ki, bu barədə "The Sun" qəzeti yazıb.

Hadisə Çin çempionatının ikinci ən güclü divizionunun "Quansi Pinqqo" və "Çuntsin Tunlyanlun" arasında keçirilən matçında baş verib.

Asamoa meydanın kənarında rəqibi ilə top uğrunda mübarizə apararkən başı reklam lövhəsinə çırpılıb.

"Quansi Pinqqo" mətbuat üçün açıqlamasında bildirib ki, oyunçuda boyun fəqərələrinin çox sayda sınığı və sinirlərin geniş zədələnməsi səbəbindən yüksək paraplegiya riski qeydə alınıb.

Asamoa üzərində cərrahiyyə əməliyyatı aparılıb. O, mövsümün qalan oyunlarında iştirak edə bilməyəcək. Futbolçunun karyerası risk altındadır.

Link kopyalandı!
Son xəbərlər