Əfqanıstanda İranın 3000-dən çox yanacaq tankeri saxlanılıb
Dünya
328
17:20, Bu gün

Əfqanıstanda İranın 3000-dən çox yanacaq tankeri saxlanılıb

İranın 3000-dən çox yanacaq tankeri və yük maşını iki aydan çoxdur Əfqanıstan ərazisində qalmaqda davam edir.

"Azad İran" "Telegram" kanalının xəbərinə görə, bu barədə İran Neft Məhsulları Birliyinin nümayəndəsi Həmid Hüseyni bildirib.

Onun sözlərinə görə, bu vəziyyət Əfqanıstan tərəfinin əvvəlcədən xəbərdarlıq etmədən yanacaq standartlarını qəfil dəyişməsindən sonra yaranıb.

O qeyd edib ki, İran yanacağı Kabilin yeni tələblərinə cavab vermədiyi üçün 3-4 min nəqliyyat vasitəsi sərhəddə saxlanılıb və onların sürücülərinə geri qayıtmağa icazə verilmir.

Xatırladılıb ki, "Taliban" Əfqanıstanda hakimiyyətə gəldikdən sonra İrandan yanacaq idxalına məhdudiyyətlər qoyulub.

Link kopyalandı!
Son xəbərlər