01:05
0°C
Bakı
Ölkənin silahlı qüvvələrinin imkanları və raket gücü sayəsində İranı devirmək və parçalamaq planı uğursuzluğa düçar olub.
"Azad İran" "Telegram" kanalı xəbər verir ki, bu barədə İranın kəşfiyyat naziri İsmayıl Xətib bildirib.
Nazir vurğulayıb ki, bu qələbə həm ordu və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi üstünlüyünün, həm də xalqın milli birliyinin nəticəsidir.
"Xalq İslam Respublikasının yanında duraraq, düşüncə və həyat tərzi ilə hakimiyyəti dəstəkləməklə düşmənlərə haqsız olduqlarını sübut etdi", - deyə Xətib 12 günlük müharibə ilə bağlı çıxışında qeyd edib.