Qəzzada atəşkəsin icrasına nəzarət qrupunda Türkiyə də yer alacaq
Dünya
573
09 Oct 2025 | 16:20

Qəzzada atəşkəsin icrasına nəzarət qrupunda Türkiyə də yer alacaq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzzada atəşkəs razılaşmasının bütün maddələrinin icrasını diqqətlə izləyəcəyini deyib.

Moderator.az xəbər verir ki, Ərdoğan prosesdə Türkiyənin yaxından iştirak edəcəyini bildirib.

Bundan əlavə, Ərdoğan Qəzzanın bərpa işlərinə də dəstək göstərəcəyini vurğulayıb:

“Türkiyə olaraq İsrail-Hamas razılaşmasının yerinə yetirilməsinə yerlərdə nəzarət edəcək işçi qrupunda biz də iştirak edəcəyik. Qəzzanın dirçəlməsinə kömək etmək üçün beynəlxalq ictimaiyyətlə birlikdə yenidənqurma fəaliyyətlərini dəstəkləyəcəyik” - Ərdoğan əlavə edib.

Link kopyalandı!
Son xəbərlər