Suriyada yeni
Dünya
326
16:00, Bu gün

Suriyada yeni "İslam Müqavimət Cəbhəsi" yaradılıb

2025-ci ilin əvvəlində Suriyada "İslam Müqavimət Cəbhəsi" adlı yeni hərbi-siyasi birlik formalaşıb.

Bu barədə "Azad İran" "Telegram" kanalı italiyalı beynəlxalq münasibətlər üzrə ekspert Silvia Boltonun təhlilinə istinadən məlumat yayıb.

Qrupun məqsədi dağınıq fraksiyaları və müqavimət qüvvələrini millətçi və dini ideologiya ətrafında birləşdirmək, həmçinin bölgədə İsrailinə qarşı alternativ güc mərkəzi yaratmaqdır.

Cəbhə Həsən Nəsrullahın vəfatının ildönümü ilə bağlı bəyanatında onun şəhadətini məğlubiyyət deyil, yenidən səfərbərlik üçün stimul adlandırıb.

Müşahidəçilərin fikrincə, bu qurumun yaranması İranın Suriyadakı strategiyasında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Link kopyalandı!
Son xəbərlər