Türkiyə xəstəxanasında qanda alkoqol və narkotik test nəticələrinə müdaxilə: 20 nəfər saxlanıldı
Dünya
462
14:00, Bu gün

Türkiyə xəstəxanasında qanda alkoqol və narkotik test nəticələrinə müdaxilə: 20 nəfər saxlanıldı

Türkiyənin Nevşehir bölgəsində rüşvətxorluq və qanun pozuntuları üzrə əməliyyat çərçivəsində Nevşehir Dövlət Xəstəxanasının beş nəfər İT mütəxəssisi də daxil olmaqla, ümumilikdə 20 şübhəli saxlanılıb.
 
Bu barədə Moderator.az "Haber Global"a istinadən xəbər verir.
 
Beş ay davam edən araşdırma zamanı məlum olub ki, şübhəlilər xəstəxananın informasiya sistemlərindən istifadə edərək pul qarşılığında test nəticələrinə müdaxilə ediblər.
 
İstintaq çərçivəsində müəyyən edilib ki, xəstəxanada xidmət satınalma üsulu ilə işləyən bəzi İT əməkdaşları hər əməliyyat üçün 20-30 min lirə (815-1 222 manat) rüşvət alıblar, sınaq müddətli azadlıq çərçivəsində narkotik testləri verən şəxslərin nəticələrini sistem üzərindən dəyişiblər, sərxoş vəziyyətdə avtomobil idarə edərkən saxlanılan şəxslərin qan testlərindəki alkoqol nisbətini dəyişiblər və xüsusi mühafizə əməkdaşı olmaq üçün lazım olan tibbi hesabatlardakı narkotik testləri ilə manipulyasiya ediblər.
 
Nəticədə Nevşehir başda olmaqla, Ürgüp, Gülşehir və Kayseri bölgələrində 21 fərqli ünvanda eyni vaxtda əməliyyat keçirilib.
 
Əməliyyat çərçivəsində 20 şübhəli saxlanılıb. Şübhəlilərin evlərində və iş yerlərində aparılan axtarışlar zamanı çox sayda rəqəmsal material və sənədlər ələ keçirilib. Saxlanılan şəxslərlə bağlı polis idarəsində proseslər davam edir.
Link kopyalandı!
Son xəbərlər