Tbilisidə prezident sarayına hücum cəhdi ilə əlaqədar saxlanılanların sayı artdı
Dünya
430
01:40, Bu gün

Tbilisidə prezident sarayına hücum cəhdi ilə əlaqədar saxlanılanların sayı artdı

"Oktyabrın 4-də Tbilisidə prezident sarayına hücum cəhdində şübhəli bilinən daha 12 nəfər saxlanılıb".

Bunu Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze brifinqdə deyib.

Saxlanılan şəxslərə qrup şəklində zorakılıqda iştirak, strateji və xüsusi əhəmiyyətli obyekti ələ keçirməyə cəhd üzrə ittihamlar irəli sürülüb.

Daraxvelidzenin sözlərinə görə, ümumilikdə prezident sarayına hücuma cəhddə iştirak edən 35 nəfər saxlanılıb, onlardan beşi bu hərəkətləri təşkil etməkdə şübhəli bilinir.

 

(Oxu.az)

Link kopyalandı!
Son xəbərlər