Bizdən yardım alır, amma Rusiyaya dəstək verir - Kallas
Dünya
307
08 Oct 2025 | 23:56

Bizdən yardım alır, amma Rusiyaya dəstək verir - Kallas

Avropa Birliyinə ölkələr adətən problem və ya maliyyə yardımı axtarışında olduqda müraciət edirlər. Lakin geosiyasi düşüncə tərzinə malik güclər, o cümlədən ABŞ, Çin və Rusiya yardım və dəstək qarşılığında qarşı tərəfdən konkret güzəştlər və ya maraq təminatı tələb edirlər. AB də gələcəkdə bu yanaşmanı qəbul etməlidir.

Moderator.az xəbər verir ki, bunu Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.

“Əgər AB-dən maliyyə yardımı alan Laos Ukraynaya qarşı müharibədə Rusiyanı dəstəkləmək üçün əsgər göndərməyi planlaşdırırsa, o zaman Avropa Birliyi bu qərarın nəticələri olacağını açıq şəkildə bildirməlidir”, - Kallas qeyd edib.

Link kopyalandı!
Son xəbərlər